24 fevral 2026 09:22
205

Ana dili mədəniyyətin, dövlətçiliyin əsas sütunu

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Dil və ədəbiyyat kafedrasının və AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin birgə təşkilatçılığı ilə “Ana dili – mədəniyyətin və dövlətçiliyin əsas sütunu” adlı elmi seminar keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri fil.e.d., prof. İsmayıl Kazımov “Azsaylı türklərin ana dili problemi”,  aparıcı elmi işçilər: fil.ü.f.d., dos. Elnarə Əliyeva “Qloballaşan dünyada ana dilinin qorunması”, fil.ü.f.d, dos. Günel Hüseynova “Azərbaycan poeziyasında ana dili mövzusu”, böyük elmi işçi fil.ü.f.d. Dilbər Camali “Müasir mətbuatda dil normalarının pozulması”, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin baş müəllimi İlahə Musayeva “Dillərin məhv olmasının sosial və linqvistik səbəbləri” mövzusunda məruzələr ediblər.

Tədbirdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı fil.ü f.d. Günel Paşayeva, Dil və Ədəbiyyat kafedrasının müdiri dos. Böyükxanım Eminli mövzu ətrafında çıxış etmiş, həmçinin universitetin digər əməkdaşları ilə Dilçilik İnstitutunun əməkdaşları arasında ana dilinin saflığının qorunması, ədəbi dil normalarının pozulması, mövcud problemlərin həlli yolları ətrafında geniş müzakirə təşkil olunmuşdur.