İran yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İslam Respublikasının Bakıdakı səfilriyi məlumat yayıb.
Bildirilib ki, naziri Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın Azərbaycandakı səfiri qarşılayıb.
Qeyd olunub ki, nazir İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, onun Azərbaycannın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.
"Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir", - səfirlik vurğulayıbb.
İranAzərbaycaniqtisadi komissiya
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb