22 fevral 2026 22:22
146

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, kişilər arasında Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva Azərbaycan çempionu olub.

Yarışın mükafat fondu 92 min manat təşkil edib. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.