Rusiyada "Yamal" aviaşirkətinə məxsus "Mi-8" tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib.
“İki sahil”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
"İlkin məlumatlara görə, fevralın 21-də "Yamal" aviaşirkətinə məxsus Mi-8 tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib", - mətbuat xidmətindən qeyd edilib.
Bidirillib ki, helikopterin göyərtəsində üç ekipaj üzvü və yeddi sərnişin olub. Məlumata görə, hər kəs sağdır.
Hadisənin səbəbləri araşdırılır.
Peter Macyar Ukraynanın Avropa İttifaqına tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib
Nyu-Yorkda şagirdlərin dərs zamanı süni intellektdən istifadəsinə müvəqqəti qadağa qoyulub