21 fevral 2026 00:40
115

Zelenski: ABŞ və Rusiya müharibənin başa çatdırılması ilə bağlı eyni mövqedədir

Vaşinqton və Moskva Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda eyni mövqedən çıxış edir: əgər Kiyevdə hərbi əməliyyatların tezliklə bitməsini istəyirlərsə, Ukrayna qoşunları Donbasdan çıxarılmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski AFP agentliyinə müsahibəsində bildirib.

Nəşr yazıb ki, Ukrayna Prezidentinin sözlərinə görə, ərazilərin Rusiyaya güzəştə gedilməsi tələbi Ukrayna Silahlı Qüvvələrinin cənub cəbhə xətti boyu əks-hücumlarda uğurlar qazandığı bir vaxtda səslənib.

"Təfərrüatlara varmayacağam, lakin bu gün mən, ilk növbədə, ordumuzu – bütün silahlı qüvvələri təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadratkilometr ərazi azad edilib", – deyə Zelenski əldə olunan uğurlar barədə danışıb.

AFP həmçinin qeyd edib ki, ərazi güzəştləri tələbləri ilə yanaşı, Birləşmiş Ştatlar və Rusiya genişmiqyaslı sülh sazişi planı çərçivəsində prezident seçkilərinin keçirilməsi üçün Ukraynaya təzyiq göstərir.

Daha əvvəl Ukraynanın səsverməni yalnız müharibə bitdikdən sonra keçirə biləcəyini bəyan edən Zelenski Rusiyanın seçkilərin tezliklə keçirilməsində israr etməsinin yeganə səbəbinin Kreml tərəfindən onun hakimiyyətdən uzaqlaşdırılmaq istəyi olduğunu deyib.

"Gəlin dürüst olaq, ruslar sadəcə məni əvəzləmək istəyirlər", – Zelenski bildirib.