Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq muğam dəsgahları Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim edilib.
Konsertdə dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan muğam sənətinin nadir incilərindən hesab olunan “Zabul Segah” və “Bayatı-Kürd” muğam dəsgahları səsləndirilib.
Gecədə xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış ediblər.
Bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 illiyi tamam olur. Yubiley münasibətilə il ərzində silsilə konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu