20 fevral 2026 20:01
121

Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı

Bu mövzuda təlim keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə fevralın 20-də nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan insan resursları üzrə mütəxəssislər üçün təlim keçirilib.

“İki sahil” xəbər verir ki, “Əmək qanunvericiliyində son dəyişikliklərin nəzəri və praktiki izahı” mövzusunda onlayn təlim Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev tərəfindən keçirilib.

Təlimin məqsədi müvafiq sahə üzrə mütəxəssislərin peşə səriştələrinin inkişafı, bu sahədə qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məsələlərin diqqətə çatdırılmasıdır.

İnsan resursları üzrə 100-dən çox mütəxəssisin “Zoom” proqramı vasitəsilə qoşulduğu təlimdə professor Mayis Əliyev əmək münasibətlərinin qanunvericiliyin yeni tələblərinə uyğun aparılması qaydaları və Azərbaycanın əmək qanunvericiliyinə edilən son dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Həmçinin müəssisələrdə insan resursları işinin əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili, kadr kargüzarlığının aparılması və işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması qaydaları müzakirə edilib.

Sonda təlim iştirakçılarının sualları ətraflı və praktiki izahlarla cavablandırılıb.