Avropa futbol rəhbərliyi FİFA-nın Klublararası dünya çempionatındakı iştirakçı sayını artırmaq planlarına mane olmayacaq.
“İki sahil” "The Guardian" nəşrinə istinadən xəbər verir ki, turnirdə iştirak edəcək komandaların sayı 32-dən 48-ə çatdırılacaq. UEFA-nın əsas narahatlığı yarışın keçirilmə tezliyi ilə bağlı olsa da, tərəflər razılığa gəliblər. Turnir hər 2 ildən bir deyil, 4 ildən bir təşkil olunacaq.
FİFA və UEFA rəhbərləri Canni İnfantino ilə Aleksander Çeferin arasında münasibətlərin düzəlməsi bu razılaşmanın əldə olunmasında mühüm rol oynayıb. Bu genişlənmənin Avropa klubları üçün də sərfəli olduğu bildirilir. Belə ki, qitəni təmsil edən komandaların sayı 12-dən 16-ya yüksələ bilər.
Qeyd edək ki, 2029-cu ildə keçiriləcək turnirə böyük ehtimalla İspaniya və Mərakeş birgə ev sahibliyi edəcək.