Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura iki oyunla yekun vurulub.
“İki sahil” xəbər verir ki, "Azərreyl" kollektivi ilə qarşılaşan "Ordu" 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb.
"Xilasedici" isə "Neftçi"ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.