Qadın idmanının inkişafı dövlətin ümumi idman strategiyasının mühüm tərkib hissəsidir və Azərbaycan Karate Federasiyası bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə qadın karateçilərin beynəlxalq arenada qazandığı nəticələr həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərəçarpacaq dərəcədə artmışdır ki, bu da görülən işlərin səmərəsini göstərir. Federasiya qadın idmançıların inkişafını təmin etmək üçün bir sıra təşəbbüslər irəli sürür.
Bunu Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə “İki sahil”ə müsahibəsində söyləyib.
V.Abdullazadə qeyd edib ki, qadın milli komandasının hazırlıq proqramları genişləndirilir, qız idmançılar üçün xüsusi təlim-məşq toplanışları və seçim mexanizmləri təşkil olunur. Eyni zamanda, regionlarda qızların idmana cəlb olunması məqsədilə maarifləndirici layihələr həyata keçirilir, qadın məşqçi və hakimlərin hazırlanması və idman prosesinə inteqrasiyası istiqamətində də işlər aparılır. Bu addımların əsas məqsədi qadınların idmanda iştirakını sistemli şəkildə artırmaq, onların peşəkar inkişafını dəstəkləmək və beynəlxalq arenada qazanılan uğurların davamlılığını təmin etməkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan karateçilərinin beynəlxalq arenada mövqeyinin gücləndirilməsi əsas prioritetlərdən biridir - ÖZƏL
Karate idman növünün məktəb və universitet proqramlarına inteqrasiyası olunmalıdırmı? - AÇIQLAMA
Ötən il karate millisi dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanıb