Fevralın 15-də cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının I turu başa çatıb.
“İki sahil” xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 117 cüdoçu mübarizəyə qoşulub. Qızlar -44 kq, -52 kq, -63 kq, +70 kq; oğlanlar isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, I tura 67 klub və idman cəmiyyətindən 257 oğlan, 45 qız olmaqla 302 idmançı qatılıb.
“İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-44 kq
1. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nigar Heydərzadə (Champion 74)
3. Məryəm Əhmədzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Ayan Muradova (Şəki)
-52 kq
1. Şövkət Kərimova (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Fatimə Məmmədli (RKİM)
3. Rüqayyə Əlizadə (Lənkəran OİK)
-63 kq
1. Türkan Məmmədli (Qədiroğlu İK)
2. Qönçə Məmmədli (Ələt İdman Klubu)
3. Ayan Zeynallı (Neftçi İK)
+70 kq
1. Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Gülşən İbrahimova (Goranboy OİK)
Oğlanlar
-55 kq
1. Samin Səlimli (Spartak Wrestle Zone)
2. Fuad Cəlilzadə (Sərhədçi İM)
3. Qərib Atababayev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Nizami Hacılı (Neftçi İK)
-66 kq
1. Aqşin Bayramov (Turan İK)
2. İsmayıl Həsənli (AHİTA)
3. Büsat Şahmurov (Qəbələ İK şəhər)
3. Nihad İsayev (Neftçi İK)
-81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Tunar Qənbərli (Neftçi Sumqayıt)
3. Murad Hüseynzadə (Atilla İK)
3. Saladdin Əlismanov (Neftçi İK)
+90 kq
1. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nihad Məlikli (Neftçi Sumqayıt)
3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Ötən il karate millisi dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanıb