15 fevral 2026 16:37
110

Anna Yusupova Türkiyədə keçirilən beynəlxalq yarışda 5-ci oldu

Azərbaycan millisinin üzvü Anna Yusupova Türkiyədə təşkil olunan beynəlxalq yarışda uğurlu çıxış edib.

“İki sahil” xəbər verir ki, Trabzon şəhərində keçirilən Trabzon Yarı Marafonunda atlet 21 km məsafəyə qaçışda 1:19:58 nəticə göstərib.

Bu nəticə Anna Yusupovaya yarışda 5-ci yeri qazandırıb.