14 fevral 2026 18:53
99

MPL: "Zirə" "Karvan-Yevlax"ı xalsız yola saldı

Misli Premyer Liqasının 20-ci turunda "Zirə" "Karvan-Yevlax"ı qəbul edib.

İki sahil” yazır ki, saat 17:00-da başlayan oyunda yeganə qolu 20-ci dəqiqədə Davit Volkov vurub.

Bununla da Bakı təmsilçisi 3 xalı aktivinə yazıb.

Misli Premyer Liqası,

20-ci tur

14 fevral

17:00. "Zirə" 1–0 "Karvan-Yevlax"

Qol: Davit Volkov, 20

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”