Misli Premyer Liqasının 20-ci turunda "Qarabağ" "İmişli"nin qonağı olub.
“İki sahil” yazır ki, saat 14:30-da start götürən yarışın 72-ci dəqiqəsində Kadi Borges qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Oyunda yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub. Bununla da Ağdam təmsilçisi 3 xatı aktivin yazıb.
Misli Premyer Liqası,
20-ci tur
14 fevral
14:30. "İmişli" 0–1 "Qarabağ"
Qol: Musa Qurbanlı, 79 (0:1)
Qırmızı vərəqə: Kadi Borges, 72 ("Qarabağ")
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Quba Olimpiya İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçiriləcək