14 fevral 2026 17:09
543

Brilliant Dadaşovanın həyat yoldaşı yeni vəzifəyə təyin edildi - YENİLƏNİB

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.

“İki sahil” xəbər verir ki, məlumatı "Report" yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.

Məlumat üçün bildirək ki, Ədalət Hacıyev bu təyinatadək (2008–2026) Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsində çalışıb.

***

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

“İki sahil” xəbər verir ki, məlumatı Oxu.Az yayıb.

Qeyd edilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.