13 fevral 2026 16:26
101

Azərbaycanın güləş yığmalarında YENİ MƏŞQÇİ TƏYİNATLARI OLUB

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, U-20 yığmasının böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 millisində böyük məşqçi vəzifəsi Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıblar.

U-15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaqlar.