Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumatəsaslı və daha səmərəli etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi nəzərdə tutulur.
Bu barədə "İki sahil"ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Qeyd olunub ki, qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar və müvafiq bildirişlər barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.
Həmçinin fermerlər don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala biləcəklər.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib