Azərbaycan Turizm Bürosu (ATB) 11-12 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 14-cü “MALT” (Meetings Arabia & Luxury Travel) Konqresində təmsil olunur.
“İki sahil” xəbər verir ki, konqres çərçivəsində Yaxın Şərq regionunda işgüzar tədbirlər və lüks turizm sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər bir araya toplaşaraq sənayenin aktual inkişaf istiqamətlərini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və əməkdaşlıq perspektivlərini dəyərləndirirlər.
Tədbir müddətində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20 B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri, eləcə də biznes tədbirlərinin təşkili üçün mövcud infrastruktur və imkanlar haqqında məlumat verilib.
“MALT” Konqresi hər il Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən və “QnA International” tərəfindən təşkil olunan nüfuzlu biznesdən-biznesə turizm və səyahət platforması kimi tanınır.
Bu beynəlxalq platforma işgüzar, korporativ və lüks turizm sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, sektor üzrə əməkdaşlığın genişləndirilməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına şərait yaradır.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib