Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz"in xalis mənfəəti və gəliri kəskin azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir.
Hesabat dövründə şirkətin xalis mənfəəti 10,409 milyard avrodan 5,331 milyard avroya, gəliri isə 145,6 milyard avrodan 132,2 milyard avroya enib.
Minik avtomobilləri istehsal edən "Mercedes-Benz Cars" şirkətinin gəliri ötən rüb 10,5% azalaraq 96,4 milyard avroya, yüngül yük maşınları istehsal edən "Mercedes-Benz Vans" şirkətinin gəliri isə 11,2% azalaraq 17,15 milyard avroya düşüb.
Bundan əlavə, 2025-ci ilin sonuna qədər minik avtomobillərin satışı 9,2% azalaraq 1,8 milyon ədəd təşkil edib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib