“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Qafur Məmmədov” quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini başa vurub.
“İki sahil” xəbər verir ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük gəmidən tam şəkildə boşaldılıb.
Hazırda “Qafur Məmmədov” gəmisi növbəti səfər üçün yükləməni gözləyir.
Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib