Şaxtalı hava, normadan artıq yağan qar, fırtına və başqa hadisələr meyvə bağlarına böyük təhlükə törədir.
“İki sahil” xəbər verir ki, şaxtalı hava, normadan artıq yağan qar, fırtına və başqa hadisələr meyvə bağlarına böyük təhlükə törədir. Meyvə bağlarını belə hallardan yalnız aqrar sığorta vasitəsilə qorumaq olar. Bağ sahibləri aqrar sığorta vasitəsilə meyvə bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalaya bilirlər. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət özü ödəyir, ona görə də sığorta fermerlərə cüzi məbləğə başa gəlir.
Meyvə bağını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etmək kifayətdir. Fermerlər aqrar sığorta haqqını Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində “Sığorta kalkulyatorları” bölməsinə daxil olaraq hesablaya bilərlər.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib