Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması nəzərdə tutulur.
"İki sahil" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində ötən gün Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, "Şuşa Parkı"nın salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən edir.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq