İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, görüşdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bildirilib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafında önəmli rol oynayır.
Görüş zamanı Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkədə reallaşdırılan layihələr barədə məlumat verilib. Qeyd edilib ki, ölkələrimiz arasında enerji, sənaye, rəqəmsal həllər, kənd təsərrüfatı, qida təhlükəsizliyi, bankçılıq və digər sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün geniş potensial mövcuddur.
Tərəflər birgə layihələrin perspektivləri, nəqliyyat, infrastruktur, yaşıl enerji, rəqəmsallaşma, ticarət və biznes sahəsində əməkdaşlığın təşviqi, qarşılıqlı investisiyaların artırılması üzrə fikir mübadiləsi aparıblar.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib