Dünya bazarlarında neftin bahalaşması sürətlənib.
“İki sahil” xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti təxminən 2,37 % artaraq bir barel üçün 70,17 ABŞ dolları təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin mart fyuçerslərinin qiyməti 2 ABŞ dollarından çox artaraq bir barel üçün 65,42 ABŞ dolları olub.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib