09 fevral 2026 01:38
115

Nigeriyada qətliam kimi yol qəzası - 30 nəfər öldü

Nigeriyanın Kano ştatında baş verən yol qəzasında 30-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Post" qəzeti ştatın qubernatoru Abba Yusifə istinadən bildirib.

İlkin məlumatlara görə, Kvanar-Barde yaşayış məntəqəsi yaxınlığında, Qudjunqu şəhərinə aparan magistral yolda sürücünün diqqətsizliyi səbəbindən insanları daşıyan treyler qəzaya düşüb.

Yaralılar tibbi yardım üçün ştatdakı xəstəxanalara aparılıblar.