“Hyuston Rokets”in forması geyinən Türkiyə millisinin basketbolçusu Alperen Şəngün “2026 NBA All-Star”ın heyətinə daxil edilib.
“İki sahil” xəbər verir ki, o, zədəli olan Şai Gilgeous Aleksandrın yerinə “All-Star”a seçilib.
Bununla da basketbolçu ardıcıl ikinci dəfə bu turnirdə iştirak edəcək.
Şəngün bu mövsüm keçirdiyi 44 oyunda orta hesabla 20,8 xal, 9,4 ribaund və 6,3 assistlə yadda qalıb.
“NBA All-Star” fevralın 13–15-də yeni formatla Los-Ancelesdə keçiriləcək.