08 fevral 2026 22:14
151

İraqdakı İŞİD yaraqlıları arasında 42 ölkədən insanlar var

Suriya həbsxanalarından İraqa köçürülən İŞİD terror təşkilatının keçmiş tərəfdarları və döyüşçüləri arasında 40-dan çox ölkənin vətəndaşı var.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin məlumatında bildirilib.

İNA xəbər agentliyinin istinad etdiyi sənəddə qeyd olunur ki, Suriyadan İraqa köçürülən İŞİD üzvləri 42 ölkədən bölgəyə gəliblər: “Suriyadakı terrorçu qruplaşmanın tərəfdarlarına qarşı hələlik məhkəmə prosesi keçirilməyib. Ali Məhkəmə Şurası yanında Mərkəzin məlumatına görə, İraq məhkəmələri tərəfindən İŞİD terrorçuları tərəfindən törədilən cinayətlərlə bağlı araşdırmaların dörd aydan altı aya qədər davam etməsi gözlənilir”.

Məlumata görə, saxlanılan İŞİD tərəfdarlarının öz ölkələrinə ekstradisiyası İraqda "istintaq prosedurları başa çatana qədər müzakirə edilə bilməz.

Məhərrəm Ağalaroğlu, “İki sahil”