08 fevral 2026 21:21
149

Taliska "Fənərbaxça"da qaldı

"Fənərbaxça" klubu ulduz futbolçusu Anderson Taliska ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarından "sarı-lacivərdlilər"in formasını geyinən Taliska cari mövsümdə möhtəşəm performansı ilə seçilir. O, bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Fənərbaxça" 20 turdan sonra Türkiyə Superliqasında 2-ci pillədə qərarlaşıb və lider "Qalatasaray"dan 6 xal geri qalır. Komanda fevralın 10-da "Gənclərbirliyi" ilə üz-üzə gələcək.