Sankt-Peterburqun Vladimirski prospektindəki binada yanğın baş verib, 200 nəfər təxliyə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu prospektdə "Vladimirski passaj" ticarət mərkəzi yerləşir.
Yardımçı otaqda 2 kv. m sahədə yanğın baş verib. Yanğın saat 16:18-də söndürülüb.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd texnikası və 15 nəfər şəxsi heyəti cəlb edilib.
2 martda hərbi əməliyyatlar başlayandan bəri ölən livanlıların ümumi sayı 4362-yə çatıb
Kris Rayt: Hörmüz boğazından nəql edilən neftin həcmi gündə 9 milyon bareldən artıqdır