Fevralın 13-də Naxçıvanda "Merlərin Razılaşması" (Covenant of Mayors) regional proqramı çərçivəsində tədbirin keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.
O qeyd edib ki, Azərbaycanda həmçinin "Avropada təhsil" sərgisi, "Avropa mətbəxi" festivalı və "Avropa şəhərciyi" kimi ənənəvi Aİ tədbirlərinin keçirilməsi planlaşdırılır.
"Növbəti mühüm hadisə "Merlərin Razılaşması" regional proqramı çərçivəsində fevralın 13-də Naxçıvanda keçirilməsi planlaşdırılan tədbir olacaq", - o bildirib.
Səfir: İlham Əliyevin 2026-cı ilin iyulunda Berlinə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin ümidverici başlanğıcıdır
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir