Çin təkrar istifadə oluna bilən eksperimental kosmik aparatın buraxılışını uğurla həyata keçirib. Start “Çançjen-2F” (Long March 2F) daşıyıcı raketinin köməyi ilə Tsyütsyuan kosmodromunda həyata keçirilib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, aparat müəyyən müddət ərzində kosmosda qalacaq, daha sonra isə Çin Xalq Respublikasının ərazisində əvvəlcədən planlaşdırılmış eniş yerinə qayıdacaq.
Qeyd olunur ki, uçuş zamanı təkrar istifadə texnologiyalarının sınağı, həmçinin texniki eksperimentlər aparılacaq. Missiyanın əsas bəyan edilmiş məqsədi “kosmosun dinc məqsədlərlə mənimsənilməsi üçün texniki dəstəyin təmin edilməsi”dir. Proqramın təfərrüatları açıqlanmır.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb