Polşa Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Ukraynadakı fəallığı ilə əlaqədar hərbi aviasiyasını işə salıb.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
"Əməliyyat Komandanlığ sərəncamında olan zəruri qüvvə və vasitələri səfərbər edib. Yerüstü HHM və radiolokasiya kəşfiyyatı sistemləri hazırlıq vəziyyətinə gətirilib",- məlumatda bildirilb.
Qeyd olunub ki, Polşanın bu addımları preventiv xarakter daşıyır və təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb