ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücumda şübhəli bilinən şəxs saxlanılıb.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Pem Bondi bildirib.
"Federal Təhqiqat Bürosu (FTB) Benqazidəki hücumun əsas iştirakçılarından birini saxlayıb. Zubəyr Əl-Bakuş ABŞ-a ekstradisiya olunub və ona qarşı qətl, qəsdən yandırma, terrorçuluq ittihamları irəli sürüləcək", - Bondi deyib.
Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də baş vermiş hadisədə dörd amerikalı hərbçi həlak olub. Bunun ekstremistlər tərəfindən törədilmiş hücum olduğu müəyyən edilib. Onlardan bəziləri "Əl-Qaidə"yə aid qruplarla əlaqəli olublar. Daha əvvəl hücumda iştirakına görə iki nəfər həbs edilib.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb