Ukraynanın Odessa şəhərində avtomobildə partlayış baş verib, nəticədə bir nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukraina" Odessa vilayətinin milli polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində həlak olub.
"İlkin məlumata görə, partlayış nəticəsində avtomobilin 21 yaşlı sahibi həlak olub", - məlumatda bildirilib.
Partlayışın təfərrüatları hələlik məlum deyil.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb