06 fevral 2026 10:16
95

ABŞ Filippini "Sülh Şurası"na qoşulmağa dəvət etdi

ABŞ prezidenti Donald Tramp Filippinə yaratdığı Qəzza "Sülh Şurası"na qoşulmaq üçün dəvət göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə Filippinin Vaşinqtondakı səfiri Xose Manuel Romualdez bildirib.

Qeyd edilib ki, ölkə yaxın həftələrdə Şuraya qoşulmaq barədə qərar verəcək.

Hakimiyyət orqanları Filippinin təşkilatın işinə necə töhfə verə biləcəyini araşdırır.