06 fevral 2026 08:51
95

Tramp bu məkanlara öz adının verilməsini istəyir?

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı "Penn station" və Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanının onun şərəfinə adlandırılacağı təqdirdə Hudson çayının altında yeni tunelin tikintisi üçün vəsait ayıracağına söz verib.

“İki sahil” xəbər verir ki, məlumata görə, ABŞ Prezidenti bu təklifi ötən ay demokratların Senatdakı lideri Çak Şumer (Nyu-York ştatından senator) ilə müzakirə edib.

Tramp vağzal və hava limanının adının dəyişdirilməsi müqabilində, Hudson çayının altından keçən, tunel vasitəsilə Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirməsi planlaşdırılan nəhəng "Gateway" infrastruktur layihəsi üçün təxminən 16 milyard dollar vəsaiti ayıracağına söz verib.

Lakin Şumer Trampa belə qeyri-adi tələbi yerinə yetirmək səlahiyyətinin olmadığını bildirib.