05 fevral 2026 22:23
103

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri döyüşlərin dayandırılmasını müzakirə ediblər - Uitkoff

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə məsləhətləşmələr zamanı döyüş əməliyyatlarının dayandırılması yollarını və atəşkəsə nəzarət mexanizmini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.

"Nümayəndə heyətləri iki gün ərzində açıq qalan məsələlər, o cümlədən atəşkəsin həyata keçirilməsi yolları və döyüş əməliyyatlarının dayandırılmasının monitorinqi ilə bağlı geniş müzakirələr aparıblar", - paylaşımda bildirilir.