05 fevral 2026 19:26
110

Rusiya və ABŞ strateji hücum silahları ilə bağlı razılaşıb

Rusiya və ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) şərtlərinə ən azı yarım il əməl etmək barədə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadla "X"dəki hesabında bildirib.

"Danışıqların praktiki nəticələri ondan ibarətdir ki, ABŞ və Rusiya sazişin şərtlərinə ən azı altı ay əməl etməyə razılaşıb, bu müddət ərzində yeni sazişlə bağlı müzakirələr aparılacaq", - o yazıb.

Qeyd edək ki, fevralın 4-5-də Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqları keçirilib. Moskva və Vaşinqton hərbi məsələlər üzrə yüksək səviyyəli dialoqu bərpa etmək barədə də razılığa gəlib.