05 fevral 2026 18:34
84

Bu ölkə elektron tullantıların idxalını qadağan edib

Malayziya hökuməti istənilən növ elektron tullantıların (e-waste) idxalının dərhal qadağan edilməsi barədə qərar çıxarıb.

“İki sahil” xəbər verir ki, məlumata görə, ölkə rəhbərliyi Malayziyanın dünya tullantılarının anbarına çevrilməsinə imkan verməyəcəklərini bəyan edib. Elektron tullantılarda qurğuşun, civə və kadmiyum ola bilir və düzgün emal edilmədikdə torpaq və suyun çirklənməsinə səbəb olur.

Malayziyanın Korrupsiyaya Qarşı Komissiyası (MACC) e-tullantıları “tam qadağa” kateqoriyasına keçirib və Ekologiya Departamentinə istisna hallar müəyyənləşdirmək səlahiyyətini tanımayıb.

Qadağa elektron tullantıların idarə olunmasında korrupsiya ilə bağlı aparılan araşdırmalar fonunda tətbiq olunub; yüksək vəzifəli şəxslər həbs edilib, aktivlər dondurulub.