05 fevral 2026 17:07
147

Avtobus parkında hazırda 1600-dən artıq pandusla təchiz edilmiş avtobus mövcuddur

Fiziki məhdudiyyətli şəxslərin ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi də daima diqqət mərkəzindədir: “Əilliyi olan şəxslərin istifadəsi üçün Azərbaycana pandusla təchiz edilmiş yeni avtobuslar gətirilir. Avtobus parkında hazırda 1600-dən artıq pandusla təchiz edilmiş avtobus mövcuddur. Həmçinin 1067 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur.

Bu barədə “İki sahil”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurumdan  verilən məlumatda diqqətə çatdırılıb ki, daşıyıcılar tərəfindən yeni gətirilən daha 316 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1387 ədəd avtobusda səslənmə təmin olunacaq”.

Yaqut Ağaşahqızı, “İki sahil”