05 fevral 2026 17:03
150

AYNA: Naxçıvanda elektrik avtobusları yola çıxacaqlar

Ölkə başçısının “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 60 ədəd elektrik mühərrikli avtobusun alınaraq Naxçıvan şəhərinin sərnişin daşımalarında istismar edilməsi nəzərdə tutulub. 

Bu barədə “İki sahil”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Agentlikdən verilən məlumata görə, bununla əlaqədar, artıq zəruri proseslər görülür. Naxçıvan şəhərində orta tutumlu “BYD” markalı elektrik avtobusların şəhərdaxili sərnişin daşımalarına cəlb edilməsi həyata keçiriləcək.

Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.

Yaqut Ağaşahqızı, “İki sahil”