05 fevral 2026 14:52
167

Uitkoff: Rusiya və Ukrayna 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə (BƏƏ) danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.

“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üçün hələ xeyli səy tələb olunacaq, lakin dialoq nəticə verir.

O qeyd edib ki, yaxın həftələrdə Rusiya və Ukrayna danışıqlarında irəliləyiş gözlənilir.