04 fevral 2026 22:41
105

Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir

Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram.

“İki sahil” xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Kralı II Abdullah "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.

"Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.

Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir", - kral bildirib.