Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ətrafında gərginlik səngimir.
“İki sahil” "ESPN Brasil"ə istinadən xəbər verir ki, portuqaliyalı superulduz 2026-cı il Dünya Çempionatından sonra klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi hədələyib.
Məlumata görə, 40 yaşlı hücumçu məşqlərini adi qaydada davam etdirsə də, onun növbəti oyunda meydana çıxması gözlənilmir. Bu fonda Ronaldonun fevralın 6-da "Əl-İttihad"a qarşı keçiriləcək prinsipial matçı buraxacağı ehtimal olunur.
Xatırladaq ki, 2023-cü ilin yanvarından "Əl-Nəsr"in şərəfini qoruyan futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb