Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu, Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcəyini deyib.
“İki sahil” Çin tərəfinin telefon danışığına dair yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, Sədr Si Cinpin Birləşmiş Ştatların Tayvana silah satışına ehtiyatla yanaşmalı olduğunu deyib.
Qeyd edək ki, rəsmi Pekin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində keçilməz ilk qırmızı xətt kimi dəyərləndirib. Çin ABŞ-ın Tayvana silah satışının "Vahid Çin" prinsipini, Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozduğunu, Tayvan boğazında sülhə və sabitliyə zərər vurduğunu, “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrə son dərəcə səhv bir siqnal göndərdiyini dəfələrlə bəyan edib.
ABŞ Dövlət katibi: İranla ballistik raketlər məsələsinin də müzakirəsi aparılmalıdır