04 fevral 2026 19:35
115

Putin xüsusi nümayəndəsini vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovun təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndə vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, fərman hüquqi məlumat portalında yerləşdirilib.

Sergey İvanov hazırda 73 yaşındadır. O, 2001-2007-ci illərdə Rusiyanın müdafiə naziri, 2011-2016-cı illərdə isə Rusiya Prezident Administrasiyasına rəhbərlik edib.

Qeyd edək ki, Sergey İvanov təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə 12 avqust 2016-cı ildə təyin edilmişdi.