SOCAR Türkiyə və Sabancı Universitetinin əməkdaşlığı ilə həyata keçirilən üçüncü “SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusunda sessiya təşkil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR Türkiyə-nin feysbuk səhifəsində məlumat paylaşılıb.
Qeyd edilib ki, iştirakçılara enerji sahəsində 360 dərəcəlik baxış bucağı qazandırmağı hədəfləyən sessiyada hidrogenin enerji transformasiyasındakı yeri və potensialı əhatəli şəkildə müzakirə olunub.
Tədbirdə istehsaldan saxlanmaya və nəqliyyata qədər uzanan texnoloji proseslər, hidrogenin sənaye və enerji sistemlərində mümkün istifadə sahələri ilə birlikdə qiymətləndirilib. İştirakçılar hidrogen iqtisadiyyatının gələcəyinə dair texniki bilikləri və strateji yanaşmaları eyni çərçivədə nəzərdən keçirmək imkanı əldə ediblər.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO