04 fevral 2026 17:12
120

Göygöldə üzərində xəsarət izləri olan kişi meyiti tapılıb

Göygöldə üzərində xəsarət izləri olan meyit tapılıb.

“İki sahil” xəbər verir ki, rayonun Cəlilli kəndində, 1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.