04 fevral 2026 16:53
124

Qazaxıstan və Pakistan strateji tərəfdaş olub

Qazaxıstan və Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxarır.

“İki sahil” Akordaya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 4-də İslamabadda keçirilən danışıqların yekunu olaraq strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə imzalayıblar.

Tokayev vurğulayıb ki, Pakistan Cənubi Asiyada Qazaxıstanın mühüm və etibarlı tərəfdaşıdır. Onun sözlərinə görə, yeni bəyannamə ikitərəfli əməkdaşlıqda təzə mərhələ yaradır.

Danışıqlar zamanı ticari-iqtisadi əlaqələrə, investisiyalara və nəqliyyat əlaqələrinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Qazaxıstan Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasındakı strateji mövqeyindən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə koordinasiyada logistika və nəqliyyat layihələrini inkişaf etdirmək niyyətindədir.