Rusiya nümayəndə heyəti Rusiya Müdafiə Nazirliyinin baş nazir müavini Yonus-Bek Evkurovun rəhbərliyi ilə Suriyanın paytaxtı Dəməşqə səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin Telegram-kanalında bildirilir ki, Baş Qərargah rəisi, general-mayor Əli an-Naasan Evkurovu və onu müşayiət edən heyəti Dəməşqdə qarşılayıb.
Rusiya nümayəndə heyətinin səfəri bir neçə gün davam edəcək. Nazirliyin açıqlamasına görə, tərəflər hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, 28 yanvar tarixində Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriyanın Keçid Dövrü hökumətinin rəhbəri Əhməd əş-Şaraa ilə görüşüb. Liderlər arasında Moskvada keçirilən danışıqların gündəliyində Suriya ərazisindəki Rusiya hərbi bazaları mövzusu da yer alıb.